Добавить новость
ru24.net
World News
Февраль
2018

Poroshenko Yanukovych-in məhkəməsində ifadə verəcək

0
Fevralın 21-də Ukrayna prezidenti Petro Poroshenko vəzifəsindən devrilmiş sələfi Viktor Yanukovych-in vətənə xəyanət ittihamıyla Kiyevdə keçirilən qiyabi məhkəməsində ifadə verəcək.


Rusiyapərəst Yanukovych dörd il öncəki Avromaydan etirazlarının sonunda Rusiyaya qaçıb.


Avromaydan hərəkatı 2013-cü ilin noyabrında başlanıb, etirazçılar Kiyevin mərkəzinə toplaşıb. Səbəb Yanukovych-in Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasını ertələdiyini, Rusiyayla daha sıx iqtisadi əlaqələrlə bağlı planlarını açıqlamasıydı.


Ukraynada müstəntiqlər etirazlarda 104 nəfərin öldürüldüyünü, 2 min 500 nəfərin yaralandığını deyir.


Moskva isə Avromaydan hərəkatına həmin ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etməklə reaksiya verdi. Ölkənin şərqində qızışdırılan separatçılıq indiyədək 10 min nəfərin həyatına son qoyub, 1,6 milyondan çox ukraynalı evindən didərgin düşüb.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса