Добавить новость
ru24.net
World News
Май
2018

Trump FTB-yə qarşı araşdırma “tələb edəcək”

0
ABŞ prezidenti Donald Trump deyir ki, Federal Təhqiqat Bürosunun (FBI) onun 2016-cı il seçki kampaniyasına gizli nüfuz etməsinə dair iddiaların Ədliyyə Departamenti tərəfindən araşdırılmasını “tələb edəcək”.


“Sabah rəsmən tələb edəcəyəm ki, Ədliyyə Departamenti FTB-nin siyasi məqsədlərlə Trump-ın kampaniyasına nüfuz etdiyini, yaxud göz qoyduğunu araşdırsın, həm də bu tələb, yaxud xahişlərin Obama administrasiyasındakı adamlar tərəfindən irəli sürülüb-sürülmədiyi araşdırılmalıdır”, – Trump mayın 20-də Twitter-də yazıb.


Bir neçə saat sonra Ədliyyə Departamenti bildirib ki, baş müfəttişə Milli Təhlükəsizlik Agentliyinin nəzarət prosesini nəzərdən keçirməsini xahiş edib. Məqsəd FTB-nin ABŞ-da 2016-cı ildə Rusiyanın müdaxilə iddiaları üzrə araşdırmasına siyasi motivlərin təsir edib-etməməsini üzə çıxarmaqdır.


Artıq FTB-nin Rusiya təhqiqatının ilkin mərhələsində qaydaları pozmasıyla bağlı respublikaçıların iddiaları araşdırılmaqdadır.


İndiyədək Trump bir neçə dəfə FTB-nin ona seçki kampaniyasını izləməsinin mümkünlüyünü dilə gətirib.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса