Добавить новость
ru24.net
World News
Май
2018

Britaniya RT-nin qərəzsizliyini araşdırır

0
Britaniyanın media tənzimləyici orqanı Rusiyanın dövlətin sponsorluq etdiyi RT xəbər kanalının aprel və may aylarında efirə verdiyi verilişlərlə bağlı üç yeni təhqiqat başladıb.


“RT-nin xəbərlər proqramlarının qərəzsizliyi ilə bağlı daha üç istintaq başladılıb”, – Ofcom-un sözçüsü mayın 21-də yaydığı bəyanatda deyib.


Bundan öncə apreldə yeddi təhqiqat açılıb, kanalın martda Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsi məsələsində qərəzsizlik qaydalarını pozub-pozmadığı araşdırılır.


Ofcom onda deyirdi ki, Sergei Skripal və qızı sinir qazı hücumuna məruz qalandan sonra RT-nin narahatlıq yaradan verilişlərinin sayında “ciddi artım” baş verib.


“Verilişlərimiz Ofcom təhqiqatları üçün sonsuz mənbədir. Nəyi seçirlərsə, seçsinlər, heç nə tapa bilmirlər, ancaq yenə də ümidlərini itirmirlər”, – RT-nin baş redaktoru Margarita Simonyan mayın 21-də Twitter-də yazıb.


Britaniya zəhərlənmə insidentinə görə Rusiya prezidenti Vladimir Putin hökumətini suçlayır. Ancaq Moskva ittihamları rədd edir.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса