800 nəfər göbələkdən zəhərlənib
İran Səhiyyə Nazirliyinin mayın 21-də verdiyi məlumata görə, 200 nəfər xəstəxanalara yerləşdirilib. Nazirlik bunu da bildirir ki, belə zəhərlənmədən müalicə üçün səmərəli vasitələr mövcud deyil.
Bu da qeyd olunur ki, zəhərli göbələklər xarici görünüşlərinə görə yeməli göbələklərə çox bənzər olub.
Təsnim agentliyi xəbər verir ki, sözügedən göbələklər İranın qərbindəki dağ ətəklərindən yığılmışdı.
Hakimiyyət orqanları əhalini yalnız mağazalardakı göbələkləri almağa çağırıb.
