Baltikyanı ölkələr Rusiyadan enerji asılılığına son qoymaq istəyirlər
Avropa İttifaqı üzvü olan Litva, Latviya, Estoniya və Polşa çoxdan gözlənilən bu razılaşmanı iyunun 28-də Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin kuluarlarında imzalayıblar.
Bir vaxtlar SSRİ-yə daxil Baltikyanı ölkələr 2004-cü ildən bəri Aİ və NATO üzvləridir.
Bu ölkələr bildirirlər, Rusiyadan enerji asılılığı onların milli təhlükəsizliyinə hədədir.
Baltikyanı dövlətlər və Polşa bu sənədin üzərində 9 il müddətində işləyiblər. Başlıca fikir ixtilafı texniki məsələlərlə bağlı idi.
Bu razılaşmaya əsasən Baltikyanı dövlətlər Litva ilə Polşa arasında mövcud iolan LitPol xəttindən, habelə Baltik dənizinin dibi ilə Rusiyanın ərazi sularından yan keçəcək kabel xəttindən istifadə edəcəklər.
Avropa İttifaqı bu layihəyə 1 milyard avro xərcləməyə hazır olduğunu bildirib.
Litva prezidenti Dalia Grybauskaite LRT kanalına müsahibəsində deyib ki, söhbət “bizim ayaqlarımızı bağlayan, bizi həqiqi enerji azadlığından məhrum edən qovşaqdan gedir”.
Litva prezidenti deyib ki, bu razılaşma ilə Rusiyanın “bizim siyasətçiləri ələ almaq aləti bundan sonra işə düşə bilməyəcək”.
Ötən illər ərzinsdə Baltikyanı ölkələr və Polşa, ABŞ da daxil xarici ölkələrdən maye qaz almaq üçün yeni terminallar yaradıblar.
