Добавить новость
ru24.net
World News
Июль
2018

Trump Şimali Koreya liderinin ‘çox nəzakətli’ məktubundan yazır

0
ABŞ prezidenti Donald Trump öz sözləri ilə deyilsə Şimali Koreya lideri Kim Jong Un-un ona yazdığı “çox nəzakətli” məktubun tərcümə mətnini açıqlayıb.


Trump iyulun 12-də Twitter-də yazıb ki, iyulun 6-da göndərilmiş bu məktub ötən ay iki lider arasında keçirilmiş sammitin Pxenyanla münasibətlərin bərpa olunmasındakı rolunu təsdiqləyir.







Bu məktubda Kim Trump-a yazır ki, o, iki liderin Şimali Koreya və Birləşmiş Ştatların münasibətlərində “yeni gələcək” uğrunda səylərinin “mütləq bəhrə verəcəyinə” inanır”.


Məktubda Kim habelə “zati-aliləri cənab prezidentin enerjili və fövqəladə səylərini” tərifləyir.


Kim bu məktubda Trump-la görüşünü “mənalı səfərin başlanğıcı” adlandırır.


Trump və Kim iyunun 12-də ABŞ rəsmilərinin təbirincə deyilərsə, “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi” məsələsini müzakirə etmək üçün görüşüblər. Hərçənd Vaşinqton və Pxenyan “nüvəsizləşdirməni” fərqli izah edirlər.


Məktub iyulun 6-da, dövlət katibi Mike Pompeo-nun Pxenayana səfəri günündə imzalanıb.


Buna baxmayaraq daha sonra Pxenyan Birləşmiş Ştatları nüvəsizləşdirməyə dair “birtərəfli və qanqstersayağı” tələblər irəli sürməkdə ittiham etmişdi.


İyulun 12-də Birləşmiş Ştatlar bildirib ki, Şimali Koreya iyulun 15-də ABŞ rəsmiləri ilə danışıqlar aparmağa razılıq verib.


Bu danışıqlarda 1950-1953-cü il Koreya müharibəsində həlak olmuş Amerika əsgərlərinin qalıqlarının ABŞ-a verilməsi məsələsi müzakirə olunacaq.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса