Добавить новость
ru24.net
World News
Июль
2018

Sentsov-un anası oğlunun əfv olunmasını istəyir

0
Ukraynalı kinorejissor, hazırda Rusiyada 20 illik həbs cəzası çəkən Oleh Sentsov-un anası Rusiya prezidenti Vladimir Putin-dən oğlunun əfv olunmasını xahiş edib.


Sentsov Rusiyanın şimalındakı Yamalo-Nenets regionundakı həbsxanada cəza çəkir. Ona terrorçuluq ittihamları irəli sürülüb, özü və insan haqları qrupları ittihamları siyasi motivli sayır.


“Sizi Oleh-in günahsız olmasına inandırmağa çalışmayacağam, baxmayaraq ki, buna inanıram”, – Lyudmila Sentsova Putin-ə məktubunda yazır.


“Bircə onu demək istəyirəm ki, heç kəsi öldürməyib. Artıq dörd il cəza çəkib. Övladları yolunu gözləyir. Vladimir Vladimirovich, sizdən xahiş edirəm, Oleh Sentsov-u əfv edin”, – Ekho Moskvy radiostansiyasının vebsaytında iyulun 13-də dərc olunmuş məktubda deyilir.


Əslən Krımdan olan Sentsov-un iyulun 13-də 42 yaşı tamam olur.


O, mayın 14-dən həbsdə aclıq aksiyası keçirir, siyasi məhbus saydığı 64 Ukrayna vətəndaşının buraxılmasını tələb edir.


Qərb hökumətləri, insan haqları təşkilatları da kinorejissorun azadlığa buraxılmasına çağırıblar.


Vəkili Dmitry Dinze-nin ötən ay deməsinə görə, Sentsov özünü günahsız sayır, əfv ərizəsi yazmayacaq.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса