Добавить новость
ru24.net
World News
Июль
2018

ABŞ Rusiyanın 12 kəşfiyyat zabitinə ittiham irəli sürür

0
ABŞ-da böyük jüri Demokratik Partiyanın serverlərinə hücuma və 2016-cı ilin seçki kampaniyasına dair e-mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiyanın 12 kəşfiyyat zabitinə qarşı ittiham irəli sürüb.


Bu ittihamlar iyulun 13-də ABŞ baş prokurorunun müavini Rod Rosenstein tərəfindən bəyan edilib.


Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, bu ittihamların elan olunması ABŞ prezidetnti Donald Trump-ın Rusiya lideri Vladimir Putinlə təkbətək görüşünün ərəfəsinə təsadüf edir.


Onlar iyulun 16-da Helsinkidə görüşməlidirlər.


Rosenstein deyib ki, Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı adbaad ittiham irəli sürülüb.


Kreml zaman-zaman Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları rədd edir. Trump-ın özü ABŞ kəşfiyyatının seçkiyə Rusiya müdaxiləsinə dair qiymətləndirilməsinə şübhə ifadə edib.


Rosenstein ittihamlar barədə bəyanatın vaxtına dair sualları cavablandırmayıb, lakin deyib ki, bu ittihamlar barədə prezident Trump-a məlumat verilib.



Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса