Xarkovda polisi öldürənin kimliyi müəyyənləşib
Xarkov regional polis departamentinin rəis müavini Oleh Bekh silahlının 47 yaşlı işsiz şəhər sakini Oleksandr Poyarkov olduğunu deyir.
Bekh-in avqustun 21-də bildlirməsinə görə, müstəntiqlər Poyarkov-un öz həyat yoldaşını da öldürməsindən şübhələnirlər. Onun güllələnmiş cəsədi cütlüyün evindən tapılıb.
Silahlının evində avtomat silah, dörd tapança, xeyli sursat aşkarlandığı da bildirilir.
Bekh deyib ki, autopsiya Poyarkovun atışma yerinə içkili vəziyyətdə getdiyini üzə çıxarıb.
