Krımın Kerç şəhərindəki kolleçə silahlı hücumun videogörüntüləri yayılıb
Bu görüntüləri məktəbin müşahidə kameraları qeydə alıb.
AzadlıqRadiosu Rusiya xidmətinin oktyanrın 21-də yaydığı məlumata görə, videolarda, üzərinə “nifrət” kəlməsi yazılmış köynəkdə olan çantalı kəncin, məktəbin binasına necə daxil olması, partlayış törətməsi və insanları atəşə tutması görünür.
İstintaqın versiyasına görə, bu cinayəti kolleçin 18 yaşlı tələbəsi Vladislav Roslyakov törədib.
O, bu hücumda əldədüzəltmə bomba və qanuni yolla alınmış odlu silahdan istifadə edib.
Həmin hücum nəticəsində 21 nəfər ölüb,40-dan çox adamsa yaralanıb.
Roslyakov hücumdan sonra özünü də öldürüb.
İstintaq komitəsi ictimai yerdə qətl maddəsi ilə cinayət işi açıb.
Qeyd edək ki, Kerç şəhəri Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında, yarımadanı Rusiya ilə birləşdirən körpünün ucunda yerləşir.
