Bu gün, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının saxlandığı bildirilir.
Bu barədə AXCP-dən məlumat yayılıb. Saxlananların AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov olduğu deyilir.
Onlardan Ruslan Nəsirli və Babək Həsənovun evində axtarış aparıldığı da bildirilir.
Ancaq bu deyilənləri, hələlik, hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb. Читать дальше...