9 ayda 1 tondan çox heroin, 497 QİÇS-ə yoluxan aşkar edilib…
Bu ilin 9 ayı ərzində hüquq-mühafizə qurumları narkotiklərlə bağlı 2 min 641 fakt aşkar ediblər. Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqlamasında bildirilir. Komissiya vurğulayır ki, aşkarlanmış faktlar üzrə 2 ton 179 kq-dan çox müxtəlif növ narkotik vasitə müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin yarıya qədərini 1 ton 72 kq-nı heroin təşkil edib. 628 kq marixuana, 316 kq-dan çox tiryək, 56 kq həşiş və digər narkotik vasitələr müsadirə olunub. Читать дальше...