Добавить новость
ru24.net
World News
Январь
2021

Toqayev deyir ki, Qazaxıstanın ərazisi ‘kənardan hədiyyə’ edilməyib

0
Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev iki Rusiya millət vəkilinin Qazaxıstanın indiki ərazisinin Rusiyadan hədiyyə edildiyinə dair bu yaxınlarda etdikləri iddiaları rədd edib.


O bildirib ki, belə şərhlər “təxribat” xarakteri daşıyır və iki qonşu arasında münasibətləri korlayır.


Toqayev dövlət qəzetlərindən birində yanvarın 5-də dərc olunmuş məqaləsində yazır ki, "Qazaxıstana bu geniş ərazini kimsə kənardan hədiyyə etməyib”.


Ötən ay Rusiya Dövlət Dumasının iki deputatı Vyaçeslav Nikonov və Yevgeni Fyodorov Qazaxıstanın indiki ərazisinin “Rusiyanın hədiyyəsi” olduğunu bildirmişdilər.


Əslində buna bənzər bəyanatı Rusiya prezidenti Vladimir Putin hələ 2014-cü ildə vermişdi.


O demişdi ki, Sovet İttifaqı 1991-ci ildə çökənədək “qazaxların heç vaxt dövlətçiliyi olmayıb”.


Qazaxıstanın Xarici İşlər Nazirliyi Qazaxıstan və Rusiya arasında münasibətlərə “ciddi zərər vuran belə təxribatçı hücumları” qətiyyətlə pisləmişdi.




 


Müxalifət şübhələnir ki…


Qazaxıstanın bəzi müxalifət fəalları iddia edirlər ki, Rusiya deputatları bu bəyanatları bilərəkdən Qazaxıstanda 10 yanvar seçkisi ərəfəsində hakim Nur-Otan partiyasının milli birlik platformasını gücləndirmək üçün veriblər.


Qazaxıstanın vətəndaş haqları fəalları və müxalifət siyasətçiləri ölkə hakimiyyətinin siyasi qrupları seçkidə iştirak üçün qeydə almamasını tənqid ediblər.


Seçkidə iştirak üçün qeydə alınan yeganə qrup özünü müxalifət kimi təqdim edən Ümumilli Sosial Demokrat Partiyası isə seçkini boykot edir.


Partiya bildirir ki, Qazaxıstanın “siyasi landşaftında eyni siyasi elitaların hegemonluğu” davam edir.




 


Prezident “tədricən” islahat vəd edir


“Ən qiymətli olanı müstəqillikdir” məqaləsində Toqayev yazır ki, ölkənin “təməl və birliyinin” qorunması məqsədilə demokratik islahatlar tədricən həyata keçiriləcək.


Qazaxıstan parlamentinin aşağı palatası – Məclisə qarşıdan gələn seçkilər Toqayevin Nursultan Nazarbayevi əvəzləməsindən sonra keçirilən ilk seçkidir.


Nazarbayev 2019-cu ildə istefaya getsə də, bir çox mühüm vəzifələrini saxlayıb.


O ölkənin qüdrətli Təhlükəsizlik Şurasının başçısı və hakim Nur-Otan partiyasının sədridir. Üstəlik onun “Elbası” titulu Nazarbayevə məhdudiyyətsiz hakimiyyət və toxunulmazlıq verir.


Qazaxıstanda son parlament seçkisi 2016-cı ildə keçirilib.


Beynəlxalq müşahidəçilər bildirilər ki, Qazaxıstanda indiyədək heç bir seçki azad və ədalətli olmayıb.



Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
WTA

Вероника Кудерметова разгромно проиграла Белинде Бенчич во втором круге турнира WTA-500






Воробьев: почти 3,5 тысячи наборов «Я родился в Подмосковье!» подарили в 2024 г

В Подмосковье сотрудники Росгвардии почтили память Героев Сталинградской битвы

Росгвардия напоминает жителям Подмосковья о преимуществе использования Единого портала государственных услуг

В Казани к 2034 году построят крупнейшую в России яхтенную марину