Добавить новость
ru24.net
World News
Апрель
2021

Ağdamda qoyun otaran şəxs minaya düşüb

0
Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev (38 yaşlı Xocalı rayon sakini ) minaya düşüb. Nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a bildiriblər ki, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.


DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz, nəzarət postlarından kənar yollarla getməməlidirlər:


“Belə olan halda, bu cür faciəvi hallarla qarşılaşa bilərlər.”


Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli sazişdən bəri minaya düşmə səbəbindən 20-dən çox ölkə vətəndaşı həlak olub, 90-a yaxını isə ağır yaralanıb. Onların arasında hərbi qulluqçuların da olduğu qeyd edilir.

Azərbaycan rəsmiləri bildirir ki, müraciət etmələrinə baxmayaraq işğaldan azad edilmiş torpaqlarda minalanmış ərazilər üzrə xarətələri Ermənistan tərəfi onlara vermir.


Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən  araşdırma aparılır.


Xatırlatma


2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.


Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
Анна Курникова

Анну Курникову заметили в Майами в инвалидном кресле






На станции метро «Маяковская» прошли первые церемонии бракосочетания в 2025 году

Этот вопрос из ПДД взят из реальной жизни: как объехать ДТП, чтобы ничего не нарушить?

От джаза до классики: Тверская филармония приглашает на концерты в феврале

Деринат – как работает и когда его стоит применять