Добавить новость
ru24.net
World News
Июль
2022

Astaralı fəal həbs edilib

0
Astara şəhər sakini, içtimai fəal Elnur Şahverdiyev 30 sutka həbs olunub. O, polisə müqavimətdə suçlanır.


Bu barədə AzadlıqRadiosuna Müsavat partiyası rayon təşikilatının sədri Tarif Əliyev məlumat  verib.

Onun sözlərinə görə, polis əməkdaşları iyulun 14-ü axşam saatlarında Elnur Şahverdiyevi evindən şöbəyə aparıblar. T. Əliyev onun gecə şöbədə saxlanıldığını, daha sonra məhkəməyə çıxarıldığını deyir. 


“Məhkəmədə əvvəlcə  evində bişirdiyi çörəkdən söhbət getdi. Onlar evlərində çörək bişirib satırlar. Sonra narkotiki atdılar ortaya. Sonda da sosial şəbəkələrdə yaydığı məlumatlardan söz saldılar. Əslində isə ona polisə müqavimət maddəsi ilə həbs verdilər. Elnur Şahverdiyev parlament seçikilərində mənim namizdəlyimi aktiv müdafiə edənlərdən olub. Sosial şəbəklərdə aktiv iştirak edirdi, cəsarətli tənqidi fikirləri var”,- müsavatçı belə deyir.


Tarif Əliyev gənc fəalın sosial şəbəkələrdəkı tənqidi çıxışlarına  görə həbs olunduğunu iddia edir. 


Onun dediyinə görə, bu, Astara rayonunda son aylarda sosial şəbəkələrdə aktiv olan, hakimiyyəti tənqid edən ikinci içtimai fəalın həbsidir və həmin şəxs də eyni maddə ilə tutulub.

Astara rayon məhkəməsinin qərarı ilə Elnur Şahverdiyev İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olamama) əsasən 30 sutka həbs cəzası alıb.


AzadlıqRadiosu səslənən iddialarla bağlı Astara rayon polis şöbəsindən və DİN-nin Mətbuat Xidmətinin Cənub regional qurupundan məlumat ala bilməyib.



Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
Рафаэль Надаль

Надаль заявил, что не понимает ажиотажа вокруг одного из памятных матчей с Федерером






Офицер подмосковного главка Росгвардии рассказал о возможности передачи оружия на СВО в эфире телеканала «360»

Анастасия Агафонова вошла в Топ-3 рейтинга руководителей подразделений private banking

"Эстония, а с чем мы боремся?": Прибалты будут платить втридорога. Потому что Россия больше не поможет

В Москве пройдут торги по приобретению земельного участка и здания на севере города