Добавить новость
ru24.net
World News
Июль
2024

Qriqorçuk “Neftçi”yə qədər

0

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk məşqçi karyerasında 9 dəfə titul qazanıb.

FutbolPress“in məlumatına görə, mütəxəssis sonuncu dəfə Belarusda “Şaxtyor”la ardıcıl iki dəfə ölkə çempionu olub. O, 2019/20 və 2020/21 mövsümündə yarışın qızıl medallarına sahib olub.

Qriqorçukun karyerasının ən parlaq dövrləri 2004-2008 və 2017-2021-ci illərə təsadüf edir. Mütəxəssis 2004-2008-ci illərdə Latviyada “Ventspils”lə üç dəfə çempionatı, iki dəfə isə ölkə kubokunu qazanıb.

İki dəfə – 2017/18 və 2018/19-da Qazaxıstanda “Astana” ilə çempionluq yaşayan Qriqorçuk növbəti iş yeri Belarusda da uğurlu iki il keçirib. Daha sonra isə onun karyerasında eniş müşahidə edilib.

2021-ci ilin dekabrında Ukraynanın “Çernomorets” komandasına baş məşqçi təyin edilən Qriqorçuk ukraynalıları 64 matça çıxarıb. Komanda onun başçılığı altında 64 oyunda 22 qələbə qazanıb, 32 dəfə uduzub. Qriqorçuk məşqçi karyerasında ən aşağı ortalama xalı məhz bu komandada toplayıb – 1,19.

Qriqorçukun ən yaxşı dönəmi isə Belarusda “Şaxtyor”la olub. Soliqorsk təmsilçisi onun başçılığı altında 31 matçda 22 qələbə qazanıb, 7 dəfə uduzub.

Mütəxəssis Azərbaycan futboluna da tanış simadır. 2015-2018-ci illərdə “Qəbələ”yə rəhbərlik edən Qriqorçuk “qırmızı-qaralar”ı 146 görüşə çıxarıb. Bölgə təmsilçisi onun başçılığı altında 68 qələbə qazanıb, 41 dəfə uduzub. “Qəbələ” bu matçlarda 214 qol vurub və qapısında 135-ni görüb. Qriqorçukun Azərbaycan klubunda topladığı ortalama xal 1.65 olub.

Roman məşqçi kimi “Dinaburq”, “Ventspils”, “Çernomerets”, “Qəbələ”, “Astana”, “Şaxtyor” kimi komandalara rəhbərlik edib. O, cəmi üç klubda – “Qəbələ”, “Çernomorets” və “Dinaburq”da uzun müddət işləyə bilib.

“Neftçi” Qriqorçukla 2+1 illik müqavilə imzalayıb. Azərbaycan futboluna bələd olan mütəxəssisdən gözləntilər böyükdür. “Ağ-qaralar”ın yeni mövsümdə necə görünəcəyi, hansı hədəflər uğrunda mübarizə aparacağını zaman göstərəcək.

Kamil Əhməd




Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
Уимблдон

Путинцева о том, как с травмой колена победила Швентек на «Уимблдоне»: «Думала: блин, пусть после этого матча вообще больше ничего не сыграю, но ее я сегодня обыграю»






За год аренда жилья в России подорожала более чем на 20%

Пушков призвал датчан приглядывать за ожидающей «атаки русских» премьером

В Северном округе столицы капитально отремонтировали дом 1962 года постройки  

15 причин только ради которых надо вернуть СССР