ABŞ kəşfiyyat və təhlükəsizlik icmasının liderləri Ağ Evdə keçirilən brifinqdə deyiblər ki, Rusiya ABŞ cəmiyyətindəki fikir ixtilaflarını gücləndirmək və onlardan fürsətlənməkl məqsədilə özünün “müdaxiləçi metodlarından” istifadəni davam etdirir:
Milli kəşfiyyatın rəhbəri Dan Coats avqustun 2-də deyib ki, “biz ABŞ-ı zəiflətməyə və parçalamağa çalışan Rusiyanın müdaxiləçi mesajlaşma kampaniyasını müşahidə edirik”.
“Bizim bu gün diqqətimiz ona yönəlib ki, sadəcə olaraq Amerika xalqına bundan xəbərdar olduğumuzu bildirək. Bu təhlükə realdır, davamlıdır və biz Amerika xalqının etimad edəcəyi legitim seçkinin baş tutması üşün əlimizdən gələni edirik. Kəşfiyyat icması qarşıdan gələn mövsümarası və 2020-ci il prezident seçkilərinə təhlükələrdən narahat olmaqda davam edir”.
Coats bu bəyanatı kəşfiyyat orqanları rəhbərlərinin qəfil çağırılmış brifinqində səsləndirib. Brifinqdə FTB rəhbəri Christopher Wray və milli təhlükəsizlik müşaviri John Bolton da iştirak edirdilər.
ABŞ prezidenti Donald Trump Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair iddiaların əhəmiyyətini daim azaltmağa səy göstərir.
Bir çox demokratlar və hətta bəzi respublikaçılar Trump administrasiyasını Rusiyaya qarşı kifayət qədər sərt mövqe tutmamaqda ittiham edirlər.
Buna baxmayaraq Bolton Trump-ın ABŞ seçkilərinin müdaxilədən qorunması üçün göstərdiyi geniş səyləri təqdir edib.
Coats deyib ki, Trump kəşfiyyat orqanlarına seçki müdaxiləsinin qarşısının alınmasını prioritet vəzifə etməyi tapşırıb.
В Дубне сотрудники Росгвардии помогли утиному семейству перейти оживленную трассу
«ЯРКО» провела развлекательную программу на фестивале «Крутая песочница»
Автопробег в честь Дня России прошел в Ленинском округе
Филиал № 4 ОСФР по Москве и Московской области информирует:
Свыше 5,2 миллиона жителей Московского региона получают набор социальных услуг в натуральном виде
Филиал № 4 ОСФР по Москве и Московской области информирует:
Свыше 5,2 миллиона жителей Московского региона получают набор социальных услуг в натуральном виде
Путин переговорил по телефону с президентом Киргизии Жапаровым
Путин провел телефонный разговор с президентом Киргизии Жапаровым
Владимир Путин, Дмитрий Медведев, Анатолий Голод: ПРИЗНАНИЕ НАТО НАДО ПРИМЕНЯТЬ!