Добавить новость
ru24.net
World News in Azerbaijani
Май
2019

Əli İnsanov siyasi təşkilat yaradacağını deyir - VIDEO

0

Keçmiş səhiyyə naziri Əli İnsanov 14 illik həbsindən sonra Amerikanın Səsinə müsahibə verib. O, yeni müxalif siyasi partiya yaradacağını deyib və əvvəllər təmsil olunduğu hazırki iqtidarın daxili və xarici siyasətini tənqid edib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə göndərilib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşına kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib.

İnsanov hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyib.

Əli İnsanov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Müsahibəni kiçik ixtisarla diqqətinizə təqdim edirik:

İlk öncə siyasi fəaliyyətiniz barədə. Bundan sonra siyasətlə məşğul olacaqsınızmı? Yeni siyasi partiya yaratmaq fikriniz varmı? Yaradacağınız partiyanın əsas prinsipləri necə olacaq?

İcazə verin, əvvəlcə uzun müddət həbsdə olduğum dövrdə mənə mənəvi dəstək olmuş, mənim azadlığa çıxmağım üçün çalışmış bütün azərbaycanlılara təşəkkürümü bildirim. Bununla bağlı öz fəaliyyətlərində mənə dəstək olmuş bütün siyasi partiya liderlərinə, partiyadaşlarına, Azərbaycanda fəaliyyət göstərən bütün jurnalistlərə, hüquq-müdafiə təşkilatlarına, mənim vəkillərimə, ölkədə və xaricdə yaşayan, yaradan çoxsaylı həmkarlarıma dərin təşəkkürümü bildirirəm.

Sualınıza gəldikdə, təbii ki, mən siyasətdən uzaqlaşmamışam və yeni bir siyasi qurum yaratmaq fikrindəyəm. Çünki bu saat, Azərbaycanın bugünkü mövcud durumu bunu çox ciddi tələb edir…Mən həbsxanadan çıxandan dərhal sonra 4-5 maşın mənim evimin ətrafında növbə çəkir. Hətta onlar məni bir yana çıxanda, hətta qəbiristanlığa gedəndə belə müşayiət edirlər. Sonra mənimlə geri qayıdırlar və 24 saat müşahidədəyəm. Yəni, faktiki ev dustaqlığındayam. Mənim yanıma gələn insanlar çağırılır, təhdid olunur, qorxudulur, prokurorluqda, polisdə. Belə bir vəziyyətdə, əlbəttə ki, mənim geniş təmas qurmaq imkanım məhdudlaşır. Buna baxmayaraq, bizim Azərbaycanda mövcud olan qurumda mübarizə aparmaq əzmimizi sındıra bilmir. Odur ki, heç şübhə etmirəm ki, yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi, Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburi tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxması və s...

Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firəvan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insana çevirə bilər. Margaret Thatcher deyirdi ki, “varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq.

Siyasi partiyanı yaxın aylarda elan edəcəksiniz?

Güman edirəm ki, yaxın aylarda biz hazırlıq prosesini başa çatdırıb, yaradacağımız qurumu elan edəcəyik.

Qeyd etdiniz ki, sizi hər an təqib edirlər, izləyirlər. Belə bir şəraitdə geri çəkilə bilərsiniz?

​ Gözəl sualdır. Mənə elə gəlir ki, bunlar “dəvəni zınqırovla” qorxutmaq istəyirlər. Bu da mümkün deyil. Bax, bu təqiblərin nəticəsidir ki, bu gün heç bir zorakılığa əl atmayan və sakit mitinq keçirmək istəyən Milli Şuranın son vaxtlar mitinqlərinə, xeyir ola, niyə icazə verilmir? Bu qadağalar nə qədər davam edəcək? Mən buradan bəyan edirəm, mən, “kəfən boynumda” çıxmışam bu yola. Məni qorxutmaq mümkün deyil. Nə olur-olsun, biz siyasi qurumumuzu yaradacağıq. Xalqımla birlikdə zəfər gününə qədər birlikdə olacağıq.

Yəni, Milli Şuraya mitinqə razılıq versələr, Milli Şuranın növbəti mitinqində çıxış etmək fikrindəsiniz?

Mən həbsxanadan çıxan kimi bir fikir söyləmişdim. İndi onun davamı olaraq demək istəyirəm ki, Azərbaycanda çoxlu siyasi qurumlar fəaliyyət göstərir. Mən istəyirəm ki, onların hər biri daha güclü olsun. Biz də bir qurum yaradacağıq. Birləşmək şərt deyil. Əməkdaşlıq eləmək lazımdır. Ona görə də mən Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram. Sadəcə, biz də öz qurumumuzu yaradaq sonra kollektiv şəkildə əməkdaşlığa başlayaq.

ƏGƏR 70 YAŞLI AKADEMİKİN CİBİNƏ NARKOTİK...

Qurucularından olduğunuz Yeni Azərbaycan Partiyası hökumətinin hazırki daxili və xarici siyasət kursunu necə qiymətləndirərdiniz? Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Qərbə, xüsusilə Avropa İttifaqına inteqrasiyası ilə bağlı hökumətin siyasətinə münasibətiniz necədir. Vəziyyətdən çıxışı necə görürsünüz?

Mən hesab edirəm ki, Azərbaycanın xarici və daxili siyasəti, müşahidə etdiyimiz illər ərzində çox bərbad haldadır. Aparılan xarici siyasət məntiqə sığmır, Azərbaycan xalqının iradəsini ifadə etmir. Hərə özü bildiyi kimi təqdim edir bu siyasəti. Bütövlükdə, xarici siyasətdən danışanda, bircə kəlmə misal çəkim. Prezident İlham Əliyev 16 ildir hakimiyyətdədir. Təəssüf ki, hələ bir dəfə də olsun Vaşinqtona, Ağ Evə dəvət olunmayıb. Bu, bizim xarici siyasətimizin nə vəziyyətdə olduğuna bariz nümunədir. Bundan başqa prezidentimizə xaricdə dünyanın ən korrupsioner prezidenti adı verilib. Onların tənqid olunmaması üçün və siyasi məhbusların azadlığa buraxılmaması üçün Avropada 3 milyard dollar pul xərcləndi. Bunların hamısı təkcə prezident yox, bütünlükdə xalqımızın imicinə vurulan böyük zərbədir və Qarabağ məsələsinin həllinə olduqca böyük zərbədir. Daxili siyasətə gəldikdə isə baxın, Azərbaycanda insanlar, demək olar ki, iqtidardan üz döndərib. Prezident seçkilərində heç kəs, demək olar ki, səs vermədi. Yəni, bugünki siyasət prezident başda olmaqla bəyənilmir, dəstəklənmir və sevilmir. Xalqa qarşı aqressiv siyasət aparılır. Guya, xalq dəstəkləmədiyi üçün cəzalanmalıdır? Bütövlükdə Qarabağ məsələsinin həllində iki problem həll olunmalıdır.

Birinci problem ondan ibarətdir ki, biz Azərbaycanda elə xoşagələn, elə gözəgəlimli, elə bir gözəl açıq demokratik cəmiyyət qurmalıyıq ki, ermənilər, bizim Qarabağdakı vətəndaşlarımız Azərbaycanın tərkibində qalmaqda maraqlı olsunlar. Ermənilərin belə bir atalar məsəli var: “Çörək haradadır, orada qal”. Azərbaycanda gözəl şərait olsa, yaşamaq üçün münbit şərait yaradılsa, ermənilər bizim başımızın üzərindən niyə dünyaya səpələnsinlər? Biz, bunu Azərbaycanda yaratmalıyıq. Hədə-qorxu ritorikasını qurtarmaq lazımdır. Bu iki xalqın günahı yoxdur ki, indiki münaqişə bu vəziyyətə gəlib-çıxıb. Bu xalqların barışığına getmək lazımdır. Problem ancaq və ancaq sülh yolu ilə həll oluna bilər. Ona görə də ikinci məsələ, Azərbaycanı etibarlı tərəfkeş kimi təqdim etmək lazımdır. Beynəlxalq qurumlar Qarabağ məsələsinin həll olunmasında Azərbaycan tərəfinə inanmırlar. Azərbaycanın xarici və daxili siyasəti alverdən başqa bir şey deyil və çoxu yalandır. Necə ola bilər?

Biz konvensiyalara imza atırıq, sonra onu yerinə yetirmirik. Neçə nəfər Avropa İnsan Haqları Məhkəməsində, mən qarışıq, müsbət nəticə almışıq, qalib gəlmişik. Buna məhəl qoymadılar və dedilər ki, bu, Azərbaycanın daxili işidir, biz o qərarları qəbul etmirik. Axı, sən imza atdığın konvensiyanı belə tapdalayırsansa, beynəlxalq qurumlar Azərbaycana necə inana bilər? Onlar necə təkilf edə bilər ki, “Qarabağ erməniləri, Azərbaycan gözəl bir ölkədir, gəlin, burada bunlarla bir yerdə yaşayın”. Əgər yetmiş yaşında akademikin cibinə narkotik atıb, ona yeddi il cəza kəsirlərsə, hansı erməni bu ölkədə qalmaq istəyər? Ona görə də biz Qarabağın həlli üçün səbəblərin çoxunu özümüzdə axtarmalıyıq. Biz elə xoşagəlimli olmalıyıq ki, həm ermənilər-bizim vətəndaşlar burada qalıb yaşamaq istəsinlər, həm beynəlxalq təşkilatlar bizə inansınlar, etibar etsinlər və bizim mövqeyimizi dəstəkləsinlər.

Qaldı avroməkana inteqrasiya məsələsi, Azərbaycan elə bir görüntü yaratmamalıdır. Biz Avropaya inteqrasiya etməliyik. Azərbaycanın yeganə yolu Avroatlantik məkandır. Biz Avropa sərhədlərində, həqiqətən Avropa İttifaqı sərhədlərində yaşasaq, o coğrafiyaya düşə bilsək, Azərbaycanın suverenliyi də, təhlükəsizliyi də təmin oluna bilər. Biz rahat yaşayarıq. Bu, mütləqdir. Ona görə də Avropaya inteqrasiya üçün mən güman edirəm ki, əgər İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram. Mən onu dəstəkləyərəm.

REGİONÇU DEYİLƏM, ERMƏNİSTANLI OLMAĞIMI DANMIRAM

Siz əhali arasında daha çox “regionçu lider” kimi imicə maliksiniz. Digər regionların insanlarına siyasətçi kimi özünüzü necə təqdim etmək fikrindəsiniz?

Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mən ermənistanlı olduğumu da danmamışam. Ancaq güman edirəm ki, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları. Belə olmayan insanları mən ikiüzlü və satqın adlandırıram. Bizdə gözəl bir məsəl var “astını danan”. Heç kəs gərək astını danan olmasın. Qaldı ki, mənim ətrafımda tək ermənistanlılar olmayıb, mənim sürücüm bakılı olub, köməkçim tovuzlu olub, katibəm lənkəranlı olub. Neçə-neçə işçimiz, ilk alim tələbələrimdən biri rusdur, biri Masallıdandır. Əlliyə yaxın alim yetişdirmişəm. Onların içində cəmi 5-6 nəfər ermənistanlı olar. Mən hər zaman bacarıqlı, talantlı insanları yanımda saxlamışam. Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizə inandırmaq istəyirəm.

Daha bir sual. 14 il əvvəl ətrafınızda olan insanlarla bağlıdır. Həbsinizdən əvvəl sizə “ağsaqqal”, “rəhbər”, “lider” deyən, şərəfinizə alovlu nitqlər söyləmək üçün növbəyə duran bir çox insanlar həbsinizdən cəmi bir gün sonra əleyhinizə iddialarla dolu çıxışlar üçün növbəyə durdular. Yəqin bunları xatırlayırsınız? Bu gün, 14 il sonra həmin insanlara cavab vermək istərdinizmi?

Siz mənim səmimiyyətimə inanın. Mən onlardan inciməmişəm. Hesab edirəm ki, onlar mənim istədiyimi ediblər. Onların hər biri ilə uzun müddət duz-çörək kəsib, dostluq eləmişik. Onların hər biri çox hörmətli nəsildəndirlər. O nəsillərdə mənim çox sevdiyim, hörmət etdiyim insanlar var. Mən necə razı ola bilərdim ki, onlar mənim ailəmin, qohumlarımın taleyini yaşasın. Bu, mənim ideologiyama da uyğun deyil. Ona görə də mən onlarla nə vaxtsa qarşılaşsam,üz döndərməyəcəm və görüşəcəm.

Siz mərhum prezident Heydər Əliyevin silahdaşlarından olmusunuz. Bir çox insanlar həbsindən sonra Heydər Əliyevin məzarını ziyarət edib. Siz necə, bu barədə fikirləşirsiniz?

Bu sualı siz bir az tez verirsiniz. Məsləhət edərdim ki, bu sualı Heydər Əliyevin adından bəhrələnənlər və saxta, yalançı “Heydər Əliyevçilər” Heydər Əliyevin məzarını ziyarət etmək istəməyəndə, Heydər Əliyevi sevənlər də gedə bilməyəndə bu sualı mənə verin. Allah Heydər Əliyevə rəhmət eləsin.

Qeyd: Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların fikirlərinə, siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hökuməti bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri səksənədək insanı siyasi məhbus kimi tanıyıb. Avropa Şurası Parlement Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.




Moscow.media
Частные объявления сегодня





Rss.plus



В Дубне сотрудники Росгвардии помогли утиному семейству перейти оживленную трассу

ЭКСПЕРТ АНАТОЛИЙ ГОЛОД ПРЕДЛАГАЕТ СЕНСАЦИОННО УЛУЧШИТЬ НАЛОГОВУЮ СФЕРУ!

СЕНСАЦИОННЫЙ ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА.

«ЯРКО» провела развлекательную программу на фестивале «Крутая песочница»


Кинопродюсер.

Россиянам предложили премиальные туры сразу в 2 страны: рейсы начнутся из 8 российских городов

Неблагодарный батька или о чем говорил президент Белоруссии с делегацией Азербайджана?

Smena SS-2024


Inside wicked world of ‘skinny scams’ as Ozempic and weight loss drug fraud attempts rise into the hundreds of thousands

Virtual Luck: Exploring Vavada Casino

'Hum bhi insaan hain': Pakistan allrounder Imad urges calm

Vavada Casino: a Leader in the Online Gaming Industry


Прогулка по Москве 1962 года

ТСД промышленного класса Saotron RT-Т510

Бесплатный билет в музеи Зеленоградска от «ПАРАDOX» и BelkaCar

Женщина провалилась в яму в центре Саратова. Начата проверка


Мафия-НН: С юных ногтей будем учиться вгрызаться в двери, закрывающие ментальные миры.

Embracer has closed Alone in the Dark studio Pieces Interactive

To create its cast of Baldur's Gate 3 companions, Larian came up with 'hundreds and hundreds' of character concepts: 'It was a huge, huge list'

Для Summoners Kingdom: Goddess проходит пробный запуск на Android


Відомий аграрій Кормишкін, складає свої депутатські повноваження

Монтаж димоходів та вентиляційних систем у Києві


Московский аэропорт Домодедово и Всероссийское общество инвалидов заключили соглашение о сотрудничестве

Топ-5 самых ярких зарубежных архитектурных проектов на первичном рынке Москвы

За прошедшую неделю подмосковные росгвардейцы обеспечили безопасность более 200 мероприятий




Психоаналитик Смолярчук рассказала, как справиться с панической атакой

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Отделение СФР по Москве и Московской области выплатило единовременное пособие при передаче ребенка на воспитание в семью 474 семьям региона

В Дагестане обсудили развитие коридора «Север-Юг»

СЕНСАЦИОННЫЙ ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА.


Пловец из Выхина-Жулебина победил на первенстве Москвы

Ректор университета дал взятку за диссертацию жены

Парк «Пехорка» в Балашихе вновь стал первым по посещаемости в Подмосковье

Москва заключит межрегиональные офсетные контракты по благоустройству и дорогам


Россиянка Людмила Самсонова выиграла турнир WTA в Хертогенбосе

Овечкин, Яковлев, Фридзон и Мыскина сыграли в падел-теннис в Турции: «Победила дружба»

Скачков и Тайлакова выиграли соревнования по настольному теннису на Играх БРИКС

«Ну и где здесь «группа смерти?» ATP показала, каким был бы Евро-2024 с теннисистами


Россияне остолбенели от ужаса: уже к началу июля серьезно подорожают продукты

На «Туриаду-2024» в Саратовскую область приедут сотни лучших спортсменов-туристов из регионов ПФО, ЦФО и дружественных стран

Грузовик столкнулся с 16 авто на Северо-Восточной хорде в Москве

Орловская область представляет себя в «Пространстве будущего» на Международной выставке «Россия»


Музыкальные новости

Театр и Цирк, Культура и Концерт, Россия и Дети: «Волшебный платок бабушки Дари» - это захватывающее путешествие в мир бурятской сказки, которое не оставит равнодушным ни одного зрителя

Розенбаум проиграл суд из-за неуплаты счетов за энергоснабжение

Кинопродюсер.

"7Дней": певицу Бабкину заметили с молодым помощником после разрыва с мужем



Галина Ржаксенская впервые стала участником ПМЭФ в Санкт-Петербурге

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Отделение СФР по Москве и Московской области выплатило единовременное пособие при передаче ребенка на воспитание в семью 474 семьям региона

Как Россия уступила Азербайджану значительные территории Дагестана и два села

СЕНСАЦИОННЫЙ ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА.


Сказка театра Ульгэр в Бурятии «Волшебный платок бабушки Дари» - это захватывающее путешествие в мир волшебства - Театр и Цирк, Культура и Концерт, Россия и Дети:

Совместное заявление участников круглого стола, приуроченного ко «Дню защиты прав безвинно осужденных»

Группа Metallica даст виртуальный концерт в Fortnite 22 июня

Как Россия уступила Азербайджану значительные территории Дагестана и два села


Бесплатный билет в музеи Зеленоградска от «ПАРАDOX» и BelkaCar

Движение на участке Боровского шоссе приостановлено из-за сверхинтенсивных осадков

Фест, байк, рок-н-ролл. Как в Москве отметили День мотоциклиста

В Москве движение на участке Боровского шоссе перекрыли из-за осадков


ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА. ПРО НАУКУ АКТИВНОЙ ВСЕЛЕННОЙ. ЭКСПЕРТ АНАТОЛИЙ ГОЛОД.

СЕНСАЦИОННЫЙ ДОКЛАД ПРО ДЕЛО СКРИПАЛЕЙ, САФРОНОВА, ГОЛУНОВА.

Путин летит к Ким Чен Ыну. Россия и Северная Корея станут стратегическими партнёрами

ЯНДЕКС, АЛЕКСАНДР ПУШКИН, АНАТОЛИЙ ГОЛОД И "СВЯТОЙ ЛЕНИН" ВЕДУТ СЛЕДСТВИЕ ВЕКА! ВАЖНЫЕ СЕРЬЁЗНЫЕ ДАННЫЕ.


Зачем Марина Александрова уехала из Москвы в сибирскую глушь

ПМЭФ-2024: премиальный бренд HONGQI представил на Форуме свои флагманские и новые модели




Московский аэропорт Домодедово и Всероссийское общество инвалидов заключили соглашение о сотрудничестве

Сеть клиник «Будь Здоров» запустила собственное мобильное приложение для пациентов

Врач-дерматолог Мадина Байрамукова: что делать с "мурашками» на коже

В Москве убийца пожилых инвалидов засунул сборник нот в тело жертвы



В Лужниках состоялась церемония открытия Всероссийской Спартакиады Специальной Олимпиады

В УФСИН России по Республике Дагестан прошли лично-командные соревнования по легкой атлетике

Резидент «Инсайт Люди» Дмитрий Зубов установил мировой рекорд по чеканке мяча

Военно-спортивный фестиваль Росгвардии в «Лужниках» собрал более 20 000 москвичей и гостей столицы




Собянин: Москва и Пекин подписали программу сотрудничества на 2024-2026 годы

Сергей Собянин: Активно укрепляем отношения с Китаем

Собянин прибыл в Китай с рабочим визитом

Москва-Пекин. Собянин в Китае подписал соглашение о сотрудничестве


Козлов: Россия и КНДР прорабатывают возможность запуска прямых рейсов

По каким признакам можно распознать машину-«утопленника»: лайфхак

Российские компании придерживаются собственного подхода в ESG

Бизнес-омбудсмен Москвы оказывает поддержку НМСП


Ефимов: в Южном порту построят более 400 тыс кв м деловой инфраструктуры

Грузовик протаранил 16 автомобилей на востоке Москвы

На «Туриаду-2024» в Саратовскую область приедут сотни лучших спортсменов-туристов из регионов ПФО, ЦФО и дружественных стран

Еще 17 народных троп благоустроили в Орехово-Зуеве


Ниже воды: как идет обновление подводного флота России

Express: АПЛ «Архангельск» представляет большую угрозу инфраструктуре НАТО

Актера Игоря Меркулова похоронят на Николо-Архангельском кладбище

Преподаватель из Архангельска вышла в финал международного конкурса «Педагогическое начало – 2024»


Футболисты ЮФУ одержали три победы в домашнем турнире

Фольклорно-литературная программа «Сказки детства, полные чудес, нас уводят в царство тридесятое»

В Симферополе пройдёт спектакль-акция «Подаренная жизнь»

Аварийное отключение электроэнергии произошло почти в тридцати населенных пунктах Крыма


Парк «Пехорка» в Балашихе вновь стал первым по посещаемости в Подмосковье

Вашингтон приостановил действие договора об избежании двойного налогообложения с Москвой

Минобороны взято под контроль семьи? Что говорят о назначении племянницы Путина на должность нового замминистра обороны.

Москва заключит межрегиональные офсетные контракты по благоустройству и дорогам












Спорт в России и мире

Новости спорта


Новости тенниса
Большой шлем

«Надо чем-то жертвовать». Арина Соболенко отказалась ехать на Олимпиаду в Париже






Пловец из Выхина-Жулебина победил на первенстве Москвы

Парк «Пехорка» в Балашихе вновь стал первым по посещаемости в Подмосковье

Грузовик протаранил 16 автомобилей на востоке Москвы

«Я тебя встречу». Опасный дед в наколках устроил кровавую баню у соседей