Bakı küçələrində dilənçi problemi: “Pul ala bilmədikləri şəxsləri təhqir edirlər” – Videoreportaj
Bakı şəhərinin küçə və meydanlarında dilənçilərə hər gün rast gəlmək olur. Adəti olaraq, onlar əllərini açaraq insanlardan pul dilənirlər. Lakin son vaxtlar dilənənlərin hədəqəsinidən çıxdığını desək heç də yanılmarıq. Belə ki, dilənçilər nəinki əl açıb dilənirlər, hətta pul almaq məqsədiylə yoldan keçən adamlarların qollarından tutaraq və ya kobudcasına ayaqlarına yıxılaraq onlardan pul tələb edirlər. Bəzən isə pul verməyən şəxsləri təhqir etməkdən belə çəkinmirlər.
Beynelxalq.İnfo xəbər verir ki, Musavat.com Nizami rayonu, “Nefçilər” metrostansiya yaxınlığında müşahidələr apardıq.
Hər gün buradan keçən adamların dilənçilərin hərəkətlərindən bezdiklərini açıq aşkar görmək mümkündür.
Təqdim etdiyimiz videodan da görmək olur ki, dilənçilər çox rahat və sərbət şəkildə öz “iş”ləri ilə məşğuldurlar, hətta kameramızın qarşısına çıxmaqdan belə çəkinmirlər.
Onlara qarşı cəza tədbirləri tətbiq olunsa da, görünən odur ki, dilənçilər üçün bu cəzalar elə də sərt deyil. Əks təqdirdə “peşə”lərini çəkinmədən, belə rahat şəkildə görə bilməzdilər.
Sözügüdən videomaterialımızı sizlərə təqdim edirik: