XƏBƏRDARLIQ: Avqustun 4-dək hava qeyri-sabit olacaq
Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.