Koronavirusla əlaqədar aparılan testlərin sayı 920 mini ötüb
Avqustun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5042 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 922 min 69-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib