Мы в Telegram
Добавить новость
ru24.net
World News in Azerbaijani
Ноябрь
2020

Tərlan Əhmədov: Millimiz qrup səddini keçməliydi

0

Son olaraq Keşlə`ni çalışdıran Tərlan Əhmədov millimizlə bağlı danışıb. ONBİR 48 yaşlı mütəxəssisin Sportal.az-a verdiyi açıqlamanı təqdim edir: “Hələ ki, millinin nəticəsi yoxdu. Bir oyun yaxşı ola bilər. Bununla nəsə demək olmaz. Milliyə yeni, gənc futbolçular cəlb olunur, etimad göstərilir, şans verilir. Ancaq nəticə istəmiriksə, oynamırıqsa, mənim üçün nəsə demək çətindir. Azərbaycanın Sloveniya ilə yoxlama oyununu […]

The post Tərlan Əhmədov: Millimiz qrup səddini keçməliydi appeared first on ONBİR.

Son olaraq Keşlə`ni çalışdıran Tərlan Əhmədov millimizlə bağlı danışıb.

ONBİR 48 yaşlı mütəxəssisin Sportal.az-a verdiyi açıqlamanı təqdim edir:

“Hələ ki, millinin nəticəsi yoxdu. Bir oyun yaxşı ola bilər. Bununla nəsə demək olmaz. Milliyə yeni, gənc futbolçular cəlb olunur, etimad göstərilir, şans verilir. Ancaq nəticə istəmiriksə, oynamırıqsa, mənim üçün nəsə demək çətindir.

Azərbaycanın Sloveniya ilə yoxlama oyununu kənara qoyuram. Birinci, ikinci hissədə fərqli heyətlər oynadı. Monteneqro, Lüksemburqla rəsmi qarşılaşmalar Azərbaycan yığmasının vəziyyətini göstərəcək. Demək olar ki, şansımızı itirmişik. Nəzəri cəhətdən var, praktiki baxımdan isə şans yoxdur. Qrupda birinci yeri tutub növbəti mərhələyə vəsiqə qazanmaq çox çətindi.

Əcnəbi məşqçinin qarşısına nəticə vermək tapşırığı qoyulmalıdı. Yerli mütəxəssis gətirilsə də, o da yeni futbolçu dəvət edəcək. Hamımız milli komandamızın yüksək nəticə qazanmasını istəyirik, qalib gələndə sevinirik. Arzu edirik ki, yığmamız üçün yarışlar uğurlu olsun.

Millətlər Liqasının püşkündən sonra hamımız deyirdik ki, rəqibləri məğlub etmək mümkündü, mərhələni adlamaq şansı çoxdur. Futbol ictimaiyyəti, fanatlar da belə fikirdə idi. Bu rəqiblər keçilməliydi. Qurban Qurbanov, Yurçeviçin vaxtında millidə oyun, təcrübə hiss olunurdu. Futbolda görünən, görünməyən tərəf olur. Görünən o idi ki, rəqiblər münasib idi, qrup səddini keçməliydik. Çox təəssüf ki, yığmamız məğlubiyyətlərlə üzləşdi. Millimiz birinci olsaydı, nəticəni bəyənmək olardı. Uğursuzluq olarsa, növbəti mərhələdə vəziyyət çox çətin, güclü yığma komandalar olacaq”. 

The post Tərlan Əhmədov: Millimiz qrup səddini keçməliydi appeared first on ONBİR.




Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
ATP

Российский теннисист поднялся на две позиции в топ-10 рейтинга ATP






«Зачем я его прощала?». Якутянка, которой бывший отрезал ухо и нос, рассказала про злополучное утро и планы на будущее

Врач рассказал о первой помощи при травмах на электросамокатах

На Пхукете снимают российский фильм ON с Юлией Пересильд

Волгоградец удерживал в квартире пятерых детей и ранил 13-летнего сына