Мы в Telegram
Добавить новость
ru24.net
World News in Azerbaijani
Июнь
2021

ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə hava zərbələri endirib

0
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə hava zərbələri endirib

ABŞ hərbi aviasiyası İraq-Suriya sərhədi zonasında İranın dəstəklədiyi silahlılara hava zərbələri endirib.

Xəbər verilir ki, zərbələr bu qüvvələr tərəfindən ABŞ-ın İraqdakı heyətinə və qurğularına dron hücumlarına cavab olaraq endirilib.

Pentaqon iyunun 27-də bildirib ki, prezident Co Baydenin əmri ilə Suriyanın iki, İraqın bir məntəqəsində silahlıların əməliyyat və silah-sursat anbarı qurğuları hədəflənib.

Xəbərdə deyilir ki, bu obyektlərdən Kətaib Hizbullah və Kətaib Sayyid əş-Şühəda da daxil İranın dəstəklədiyi bir neçə yaraqlı qrup istifadə edirdi.

Pentaqon bildirib ki, prezident bu zərbələrlə Birləşmiş Ştatların heyətini müdafiə edəcəyinə dair vədini yerinə yetirib.

İranın dəstəklədiyi yaraqlı qruplaşmaların bəyanatında deyilir ki, hava zərbələri nəticəsində Kətaib Sayyid əş-Şühada qrupunun dörd üzvü həlak olub.

Bəyanatda buna cavab veriləcəyi bildirilir.

“Zəruri və adekvat” hava zərbələri

İraq hökuməti isə ABŞ-ın zərbələrini ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və bildirib ki, bu cür hərəkətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün “bütün hüquqi variantları” araşdıracaq.

Romada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Birləşmiş Ştatlar bu zərbələri endirməklə “zəruri və adekvat” addım atım atıb.

Blinken deyib ki, bu zərbələrdən məqsəd eskalasiyanın qarşısını alınması və eyni zamanda “aydın və birmənalı çəkindirici mesajın verilməsi” idi.

Bu zərbələrdən əvvəl, iyunun 26-da İraq kürdlərinin rəsmiləri bildirmişdilər ki, partlayıcı ilə silahlanmış 4 dron yarımmuxtar bölgənin mərkəzi şəhəri Erbil ətrafındakı məntəqələrə zərbə endirib.

Eyni gündə İraqda ABŞ-a qarşı çıxan Xalq Səfərbərlik Qüvvələri (XSQ) və ya Haşed əş-Şəhabi silahlı alyansı Bağdad yaxınlığında parad keçirmiş və bu paradda İraqın baş naziri Mustafa əl-Qədimi də daxil yüksək vəzifəli rəsmilər iştirak etmişdilər.

İraqda paralel hakimiyyət

XSQ əsasən İran tərəfindən dəstəklənən şiə qruplaşmalarından ibarət silahlı alyans rolunu oynayır.

Tənqidçilər bildirirlər ki, XSQ parlament və hökumətdəki tərəfdarlarının dəstəyi ilə ölkədə paralel güc strukturu yaradıb.

İyunun 27-də həyata keçirilmiş hava zərbələri prezident Co Baydenin ikinci əmridir.

Ötən fevralda ABŞ aviasiyası İraq-Suriya sərhədində səngərlənmiş eyni yaraqlı qruplaşmalara zərbə endirmişdi.

O vaxt Pentaqon bildirmişdi ki, hava zərbəsi bir müqaviləli mülkinin ölümünə, habelə ABŞ hərbçilərinin  yaralanmasına səbəb olmuş raket hücumuna cavab olaraq endirilib.

Birləşmiş Ştatlar indiyədək Bağdaddakı ABŞ səfirliyinə və 2500 Amerika əsgərinin də yerləşdirildiyi İraq bazalarına dəfələrlə edilən hücumlara görə İranın dəstəklədiyi qruplaşmaları ittiham edib.

Kiçik dronların böyük problemi

Aprel ayında partlayıcı dron İraqdakı ABŞ koalisiyasının Erbil hava limanında yerləşən qərargahını hədəfləmişdi.

Yaxın Şərqdəki ABŞ qoşunlarının komandanı, general Kennet Makkenzi regionda kiçik dronların hücumlarını əsas problem adlandırıb, beləki hava hücumundan müdafiə sistemləri onları asanlıqla aşkar edə bilmir.

Keçmiş prezident Donald Trampın əmrilə 2020-ci ilin  yanvarında İran generalı Qasem Süleymaninin, habelə Kətaib Hizbullah təşkilatının  başçısı və XSQ komandanının müavini Əbu Mehdi əl-Mühəndisin  dron zərbəsilə öldürülməsindən sonra Vaşinqton və Tehran arasında münasibətlər daha da kəskinləşib.

Sözü gedən iki İraq komandanının öldürülməsindən sonra ölkədəki yaraqlı qruplaşmalar və onlara bağlı siyasi partiyalar hökumətdən ABŞ qoşunlarının İraqdan çıxarılmasını tələb edirlər.

2019-cu ilin dekabrında Kətaib Hizbullah tərəfindən edildiyi düşünülən hücum zamanı İraqın Kərkük şəhərində bir müqaviləli müdafiə əməkdaşı öldürülüb və bir neçə ABŞ və İraq əsgəri yaralanıb.




Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
Энди Роддик

Энди Роддик: «У меня было несколько типов рака кожи с тех пор, как я завершил карьеру»






Откройте новые возможности: инвестируйте в недвижимость в Турции с TURKREALT

Лукашенко заявил, что ему понравился парад Победы в Москве

Фронтовой корреспондент

Масштабную копию Знамени Победы развернули в филиале Музея Победы подо Ржевом