Fransalı məşhur aktyor Jan-Pol Belmondo vəfat edib
0
Buqələmun aktyor, Fransa kinosunun müqəddəslərindən olan Jan-Pol Belmondo sentyabrın 6-da 88 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, “Bebel” ləqəbli Belmondo 1933-cü il aprelin 9-da Nöyi-sür-Sen (Neuilly-sur-Seine) şəhərində anadan olub. Atası heykəltəraş, anası isə rəssam olub