Türkdilli dövlətlər Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar investisiya yatırıb
1995-ci ildən 2021-ci ilin I rübünün sonunadək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları investisiya yönəldib. Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına 8,6 milyard dollar investisiya yatırıb