Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 29-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü