Qırğızıstan Tacikistanla sərhədyanı kəndlərdən əhalini təxliyə etməyə başlayıb
Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəd münaqişəsi rayonunda yerləşən kəndlərdən əhalini təxliyə etməyə başlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “FHN əhalinin təhlükəsiz yerlərə təxliyəsini yerli sakinlərlə birlikdə həyata keçirir”, - məlumatda belə deyilir