Avstriyada rusiyalı oliqarxların sərvəti dondurulub
Avstriya Daxili İşlər Nazirliyi rusiyalı oliqarxlara məxsus 1,5 milyard avro dəyərində sərvətin dondurulduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Qerhard Karner məlumat verib. O, bu məsələ ilə bağlı müvafiq işçi qrupun yüksək peşəkarlıq və dəqiqliklə göstərdiyi fəaliyyəti təqdir edib