Мы в Telegram
Добавить новость
ru24.net
World News in Azerbaijani
Декабрь
2022

Azərbaycan İrana nota verib

0
Azərbaycan İrana nota verib

“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib.

Nazirliyin saytında yayılan məlumata görə, ona “ son günlər 14 İran vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb, bu məsələyə münasibətiniz” sualı ilə müraciət edilib.

A.Hacızadə deyib ki, “məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib”

Onun vurğulamasına görə, hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

Hələlik, bu açıqlamaya İranin Azərbaycandakı Səfirliyindin münasibət almaq mümkün olmayıb.

Azərbaycan İran munasibətlərində gərginlik

Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.

Ötən ay noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX)  bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.Bununla bağlı 5 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi. Noyabrın 11-də də   İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi  bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.Məlumata görə,  görüşdə, son zamanlar İran mediasında Azərbaycan  əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli  rəsmilərin   təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.

Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də  həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı. 

Azərbaycan DTX-sı  isə ötən ayın əvvəlində  də bildirmişdi ki,İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.  

Ondan da  bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə  iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır". 

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi. 

Qeyd edilən bu  açıqlamalara  adı çəkilən ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirməmişdi.

Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar.Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər.Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının  əvvəlcədən məlumatlandırıldığını bildirmişdi. 

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər.




Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
ATP

Хачанов победил Шевченко во втором круге турнира ATP в Риме






«СССР распался? Ужас!». Как любит Россию страна, где о нас ничего не знают

Московское море: каким оно было?

Биография Андрея Белоусова: что известно об и. о. первого вице-премьера России

Дети из Узбекского землячества Бурятии увидели театр кукол «Ульгэр»: Россия и Культура