Vətəndaşların Böyükşor-Pirşağı avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 1.3, 6.5 və 7.7-ci km-lik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq avtomobil yolunun 6.5-ci km-lik hissəsində uzunluğu 42.2 metr, 7.7-ci km-lik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.