Növbəti
Yanvarın 18-də İmişli şəhərində DYP avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində üç uşaq həlak olub, daha bir neçə şəxs yaralanıb. Bu faciə şəhərdə gərginlik yaradıb, etirazçılar DYP avtomobilini aşırıb, "İstefa" şüarı səsləndiriblər. Şəhərə əlavə polis qüvvələri, Daxili Qoşunlar yeridilib. Yerli mənbələr azı 100 nəfərin saxlandığını, bəzilərinin sonradan buraxıldığını, saxlananlara işgəncə verildiyini deyirlər.
Rəsmi qurumlar işgəncə iddialarını təsdiq etmirlər. İmişli hadisələri vaxtilə İsmayıllı, Quba, Nardaran və Söyüdlüdə güc yolu ilə yatırılan etirazları yada salır.