Bələdiyyə seçkilərində pozuntular: Topa bülleten, yoxlanılmayan baş barmaqlar
Bu gün, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 685 bələdiyyəyə 8 min 71 nəfər üzv seçilməlidir. Ümumilikdə 16 min 92 nəfərin namizədliyi qeydə alınıb. Bir yerə təqribən iki iddiaçı var.
Bu seçkilərdə beynəlxalq müşahidəçilər yoxdur. MSK onlara dəvət göndərilməməsini bələdiyyə seçkilərinin lokal olması ilə izah edib.