"Bu gün bəşəriyyətin 55 faizi qlobal gəlirin üçdəbiri ilə kifayətlənmək məcburiyyətindədir. Bu, dünya nizamında böhranın göstəricisi deyilmi? Şimali Amerikada doğulan bir uşağın Afrikada doğulmuş uşaqdan 70 dəfə çox imkanlara malik olması normaldırmı?"