Türkiyəli xarici siyasət eksperti Aydın Sezer hesab edir ki, tərəflər arasındakı sərt bəyanatlar, əslində, daxili siyasətdə xal qazanmağa hesablanıb. Silahlı toqquşma ehtimalını sıfıra bərabər görən şərhçi fikirlərini belə əsaslandırıb: "Türkiyə NATO üzvüdür, yəni Qərb ölkələrinin siyasi və hərbi blokunda yer alır. Başda ABŞ və İngiltərə olmaqla, bu ittifaq İsraili tam şəkildə dəstəkləyir və onun xarici siyasəti ilə paralel xətt yürüdür. Bu səbəbdən Türkiyə və İsrail arasında hər hansı silahlı münaqişənin NATO çərçivəsində gündəmə gəlməsi texniki baxımdan mümkün deyil".