Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Azpul” MMC olub.
Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Azpulmat” tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilirlər. Proses zamanı əvvəlcə kredit müraciəti göndərən vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Ardınca ona birdəfəlik istifadə üçün elektron imza yaradılır və müştəri imza üçün özünə 6 rəqəmli parol təyin edir. Daha sonra vətəndaş onlayn kredit müqaviləsini həmin parolu daxil etməklə imzalaya bilir. Müqaviləni imzaladıqdan sonra müştəri vəsaiti Azpulmat terminallarında, Azərpoçt filiallarında və ya özünə məxsus istənilən debet kartına köçürməklə nağdlaşdıra bilər.
Qeyd edək ki, sistem 7/24 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə kredit götürə bilərlər. Tətbiqdə kredit müqaviləsinin biometriya texnologiyası ilə təsdiqlənməsi dələduzların vətəndaşların adından istifadə edərək kredit götürməsinin qarşısını alır.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Алмазы в Whiteout Survival: где собирать, как приумножать и на что тратить
This underwater city builder had me more emotionally invested in my corals than SimCity does in my human citizens, and you can try it at the next Steam Next Fest
Игра Cultivation Chat Group заняла топ-7 в китайском App Store
Один человек погиб, четверо пострадали в ДТП в Архангельской области
Заместитель прокурора Архангельской области и Ненецкого автономного округа Павел Матанцев и Уполномоченный по правам ребенка в Ненецком автономном округе Галина Гуляева проведут личный приём жителей Ненецкого автономного округа по вопросам защиты пра
Жара накроет регионы России
Арктика с женским лицом: Архангельск готовится к масштабному форуму лидеров и идей