Добавить новость
ru24.net
Все новости
Ноябрь
2024

“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib

0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.

Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir. Platformada tam idarəolunabilən infrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur.

Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə https://azincloud.az/ platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. Ətraflı məlumatı platformanın veb-səhifəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.

The post “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib appeared first on InfoCity.




Moscow.media
Частные объявления сегодня





Rss.plus




Спорт в России и мире

Новости спорта


Новости тенниса
Арина Соболенко

Соболенко расплакалась после поражения в финале Australian Open






Суд в Екатеринбурге оставил под арестом рок-музыканта Бурдина

После скандала в Мытищах власти Подмосковье хотят ужесточить условия получения жилищных сертификатов

В благотворительном фонде «Найди семью» приступили к работе новые директора

Москва приветствовала успешное проведение выборов президента Белоруссии