Добавить новость
ru24.net
Все новости
Февраль
2026
1 2 3 4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28

Windows 11 yenilənmiş “Start” menyusu aldı: nə dəyişdi?

0

Microsoft yanvar ayının son yeniləməsini alan kompüterlər üçün Windows 11-in “Start” menyusunda böyük interfeys dəyişikliyi etdiyini elan edib. Menyu əvvəlki kimi ekranın mərkəzində qalır, lakin onun daxili quruluşu nəzərəçarpacaq dərəcədə yenilənib.

Şirkət nümayəndələrinin sözlərinə görə, məqsəd “Start” menyusunu smartfon interfeyslərinə daha çox bənzətmək olub. Əsas yenilik ikonların daha səliqəli və məntiqli şəkildə yerləşdirilməsidir: yuxarı hissədə axtarış sətri, onun altında isə bərkidilmiş tətbiqlər, tövsiyələr və kateqoriyalara bölünmüş bütün proqramlar yer alır.

İstifadəçilər istəsələr tövsiyələr lentini deaktiv edə bilərlər (“Ayarlar / Fərdiləşdirmə / Start”). Lakin bu zaman “File Explorer”də son ünvanlar və keçidlərin siyahısı da gizlədiləcək.

Bundan əlavə, Phone Link paneli də yenilənib: artıq istifadəçi onu istədiyi vaxt açıb bağlaya bilər.

Yenilənmənin yaxın həftələrdə bütün aktual təhlükəsizlik paketlərinə sahib Windows 11 cihazlarına təqdim olunacağı bildirilir.

The post Windows 11 yenilənmiş “Start” menyusu aldı: nə dəyişdi? appeared first on InfoCity.




Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса