Добавить новость
ru24.net
Все новости
Март
2026
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Nike və Beats limitli Powerbeats Pro 2 qulaqlıqlarını təqdim etdi

0

NikeBeats  birgə yeni məhsulunu təqdim ediblər — Powerbeats Pro 2 modelinin limitli versiyası. Qeyd edək ki, bu model ilk dəfə ötən il təqdim olunub və yeni əməkdaşlıq əsasən dizayn yenilikləri ilə seçilir.

Powerbeats Pro 2 xüsusilə aktiv həyat tərzi keçirən istifadəçilər və idmançılar üçün nəzərdə tutulub. Qulaqlıqlar etibarlı oturuş üçün qulaqüstü qarmaqlarla təchiz olunub, həmçinin aktiv səsboğma (ANC) funksiyasını dəstəkləyir.

Modelin diqqət çəkən xüsusiyyətlərindən biri isə ürək döyüntüsü sensorudur. Bu funksiya Nike Run Club kimi fitness tətbiqləri ilə sinxron işləyərək məşq zamanı məlumatları izləməyə imkan verir.

Digər üstünlüklər arasında 45 saata qədər ümumi batareya ömrü, sudan qorunma və intensiv məşqlər üçün uyğun dizayn yer alıb.

Limitli versiyanın dizaynı Nike-ın məşhur Volt (neon) rəng palitrasında hazırlanıb. Qulaqlığın korpusunda Nike loqosu, iç hissəsində isə şirkətin məşhur şüarı — “Just Do It” yerləşdirilib.

Satışlar 20 mart tarixində Nike və Apple-ın rəsmi saytlarında başlayacaq. Qiymət isə 249 dollar olaraq müəyyən edilib və standart versiya ilə eyni səviyyədədir.

The post Nike və Beats limitli Powerbeats Pro 2 qulaqlıqlarını təqdim etdi appeared first on InfoCity.




Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса