Добавить новость
ru24.net
Все новости
Апрель
2026
1 2 3 4 5 6 7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Rəsmi sənədlərdə fərqli mövqe: Microsoft Copilot-u “iş aləti” hesab etmir

0

Microsoft aktiv şəkildə Copilot-u məhsuldarlıq aləti kimi tanıtsa da, rəsmi sənədlərdə maraqlı ziddiyyət ortaya çıxıb. Məlum olub ki, şirkət hüquqi baxımdan bu AI köməkçini iş üçün nəzərdə tutulmuş alət kimi təqdim etmir.

7 aprel 2026-cı il tarixli rəsmi sənədlərə əsasən, Copilot yalnız əyləncə məqsədləri üçün nəzərdə tutulub. Bundan əlavə, istifadəçilərə xəbərdarlıq edilir ki, sistem qeyri-dəqiq işləyə bilər və vacib qərarlar zamanı onun məsləhətlərinə güvənmək tövsiyə olunmur.

İstifadə şərtlərində həmçinin qeyd olunur ki, Microsoft AI-nin istifadəçi adından gördüyü işlərə görə məsuliyyət daşımır. Yəni istifadəçilər bu xidmətdən faktiki olaraq öz riskləri ilə istifadə edirlər.

Bu isə şirkətin reklam mesajları ilə ziddiyyət təşkil edir. Marketinq materiallarında Copilot məhsuldarlığı artıran alət kimi təqdim olunur və hesabatların hazırlanması, sənədlərlə işləmə kimi tapşırıqlar üçün tövsiyə edilir.

Xarici mediaya cavab olaraq Microsoft bildirib ki, mübahisə doğuran ifadə köhnədir və Copilot-un ilk dövrlərinə — Bing ilə əlaqəli sadə köməkçi kimi təqdim edildiyi vaxta aiddir. Şirkətin sözlərinə görə, bu formulasiya yaxın zamanda yenilənəcək və artıq məhsulun real imkanlarını əks etdirəcək.

The post Rəsmi sənədlərdə fərqli mövqe: Microsoft Copilot-u “iş aləti” hesab etmir appeared first on InfoCity.




Moscow.media
Частные объявления сегодня





Rss.plus
















Музыкальные новости




























Спорт в России и мире

Новости спорта


Новости тенниса