BQXK müntəzəm olaraq Bakıda həbsdə olan erməni əsilli şəxslərə baş çəkir
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları müntəzəm olaraq Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkir. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.