Yandırdığı parça ölümünə səbəb oldu
Biləsuvarda qadın yanıq xəsarətindən ölüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində Cəbrayıl sakinlərinin yaşadığı 9 saylı qəsəbədə baş verib. Belə ki, Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə özü tərəfindən yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlifdərəcəli yanıq xəsarətləri alıb.