Toya milyon xərclədilər, 2 min manatlıq “iPhone”u bölə bilmədilər
Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb. Day.Az Sfera.Az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların "Buta Palace"dakı toyu ötən ay olmuşdu. İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.