2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb
2024-cü il ərzində biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 15 biznes subyektinə KOBİA tərəfindən "Dayaq" mükafatı təqdim edilib.