Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzura artıq 10 minə yaxın keçmiş məcburi köçkün qayıdıb
Qarabağ və Şərqi Zəngəzura artıq 10 minə yaxın keçmiş məcburi köçkün qayıdıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib. Dövlət başçısı bildirib: "Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir.