Qarabağ və Şərqi Zəngəzura qayıdış: Bərpa və yenidənqurmada Azərbaycan nümunəsi
Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının uğurla icrasının davam etdirilməsi və keçmiş məcburi köçkünlərin doğma-yurd yuvalarına qayıdışıdır. Ölkəmiz üçün prioritet olan bu məsələ 2025-ci ilin dövlət büdcəsində də öz əksini tapıb.