Türkiyənin ATV kanalında yayımlanan "Karadut" serialı ilə bağlı qalmaqal bitmək bilmir. Day.Az haberler-ə istinadla bildirir ki, ekran işinin 3-cü seriyasında atanın qızına torpaq yedirməsi səhnələşdirilib. Zulah obrazının Tayfun ilə öpüşdüyünə görə atası tərəfindən qəbir torpağı yeməsi müzakirələrə səbəb olub.