Azərbaycanda dizel maşınların qiyməti düşüb. Day.Az xəbər verir ki, dizel mühərrikli avtomobillərə tələb azaldığına görə qiymətləri də enib. Alıcıların azlığı maşınların qiymətinə ciddi şəkildə təsir edib. Satıcıların Milli.Az-a dediyinə görə dizel avtomobillərə marağın azalmasına səbəb bu avtomobillərlə bağlı iddiaların yayılmasıdır.