Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.