Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. Day.Az xəbər verir ki, iclas Türkiyənin İstanbul şəhərində baş tutur. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir. Türkiyə xarici işlər naziri Hakan Fidan iclasda açılış niqti ilə çıxış edib.