Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub. Day.Az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 4 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 10 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub.